Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Sergey Lavrov, Məhəmməd Cavab Zərif və Valed Müallimin iştirakı ilə keçirilən görüşdə ABŞ-ın raket zərbələrindən sonra Suriyada yaranan vəziyyət, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə və İdlibdə baş verən hadisə müzakirə olunub.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.