Rusiyadan Azərbaycana gələn turistlərin sayında 30% artım gözlənilir

Rusiyadan Azərbaycana gələn turistlərin sayında 30% artım gözlənilir
# 14 aprel 2017 13:16 (UTC +04:00)

Rusiyanın turizm operatorları Azərbaycana səfərlərə olan tələbatın kəskin artdığını bildirir. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Turizm operatorları Assosiasiyasının yaydığı məlumatda deyilir.

Bildirilir ki, turistlər Azərbaycanda istirahətin cəlbedici tərəflərindən danışarkən hotel bazasının keyfiyyətini, ekskursiya proqramlarının zənginliyini və sanitar-kurort kompleksinin inkişafını qeyd edir. Turistlərin əksəriyyəti hesab edir ki, Azərbaycandakı hotel bazası Avropadakılardan geri qalmır.


"Alean" turizm şirkətinin təqdim etdiyi rəqəmlərdən məlum olur ki, bu il Azərbaycanda istirahət etmək istəyən rusiyalı turistlərin sayı 30% artıb. Tələbatın artması əsasən sanitar-kurort bazasının inkişafı ilə əlaqədardır. Belə ki, Naftalan kurortuna rusiyalı turistlər tərəfindən maraq artmaqdadır.

Bildirilir ki, Rusiyadan Azərbaycana turist axını əsasən yay aylarında gözlənilir.

"ICS Travel Group" şirkətinin rəsmisi Anna Filatovskaya bildirib ki, Azərbaycanda istirahət ucuz başa gəlməsə də, servisi yüksək səviyyəli adlandırmaq olar: "Azərbaycanda istirahəti ucuz adlandırmaq olmaz, ölkə baxımından Səudiyyə Ərəbistanına oriyentasiya olunub".

"Multitur" şirkətinin baş direktoru Dmitri Şarov isə bildirib ki, 4 və 5 ulduzlu hotellərin sayına görə, Azərbaycan MDB və Gürcüstandan irəlidədir. "Ən əsası odur ki, Azərbaycan müsəlman ölkəsidir, lakin başqa dinlərə loyal yanaşır, dünyəvi həyat tərzini qadağan etmir. Bu isə turizmin inkişafına böyük dəstək verir", - deyə baş direktor əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR