Rusiyanın qondarma "Abxaziya respublikası"nda səfirliyi fəaliyyətə başlayır

Rusiyanın qondarma "Abxaziya respublikası"nda səfirliyi fəaliyyətə başlayır
# 17 aprel 2017 15:11 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov qondarma Abxaziya respublikasına səfər edəcək.

APA-nın Rusiya XİN-nin internet səhifəsinə istinadən verdiyi məlumata görə, işgüzar səfər 18-19 apreldə baş tutacaq.

Səfər çərçivəsində S.Lavrov qondarma Abxaziya respublikasında Rusiya səfirliyin binasının açılışında iştirak edəcək.

O, həmçinin qondarma rejimin lideri Raul Xajimba, qondarma "parlament"in sədri Valeriy Kvarçiya, qondarma respublikanın "xarici işlər naziri" Daur Kove ilə görüşlər keçirəcək.

Bildirilir ki, görüşlər zamanı Rusiya ilə qondara rejim arasında “xarici siyasi əməkdaşlığın” koordinasiyası və qondarma respublikanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR