Allahşükür Paşazadə Gürcüstana səfər edəcək

Allahşükür Paşazadə Gürcüstana səfər edəcək
# 19 aprel 2017 10:48 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyx Hacı Allahşükür Paşazadə aprelin 21-də Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, məqsəd Gürcüstan patriarxı II İlyanı Almaniyada keçirdiyi cərrahiyyə əməliyyatından sonra ziyarət etməkdir.

Azərbaycanın Tiflisdəki səfirliyindən bildiriblər ki, A. Paşazadə səfər çərçivəsində Gürcüstanın baş naziri və prezidenti ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR