Biləsuvarda sürücü sükan arxasında ölüb

Biləsuvarda sürücü sükan arxasında ölüb
# 20 aprel 2017 10:59 (UTC +04:00)

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Xırmandalı kəndi ərazisində, kənd sakini Abbas Əliyev "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qəfildən vəziyyəti pisləşib. Sürücü sükan arxasında ölüb.

İdarəetmədən çıxan avtomobil yolun kənarındakı ağaca çırpılıb. Avtomobilə ciddi ziyan dəyib.

A.Əliyevin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR