Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 27-də keçirilə bilər

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 27-də keçirilə bilər
# 21 aprel 2017 11:45 (UTC +04:00)

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.

Diplomatik mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.

Başqa bir mənbə isə APA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay APA-ya müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR