Qobustanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Qobustanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 03 may 2017 07:40 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Qobustan rayonunda işgüzar forum keçirib. Sahibkarlardan cins heyvandarlıq, üzümçülük, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq (nar) təsərrüfatlarının yaradılması, həmçinin süd emalı və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR