"Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil".
APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, problemlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: "Azərbaycan belə dialoqa hazırdır. İstərdik ki, dünyada problemlər qarşılıqlı anlaşma, sülh yolu ilə həll olunsun. Ancaq hansısa dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmirsə, bu, müəyyən qədər həmin dialoqa hazır olmamasından xəbər verir. Forumda mədəniyyətlərarası dialoqun bu istiqamətdə rolu barədə ciddi müzakirələr aparılacaq".
Nazir: "Ermənistanı da Foruma dəvət etmişdik"
04 may 2017 15:50 (UTC +04:00)
Mədəniyyət siyasəti
Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndərib
11:29
7 may 2024
Adil Kərimli Qubada mədəniyyət müəssisələrinə baxış keçirib
18:27
6 may 2024
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
18:03
6 may 2024
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
16:49
6 may 2024