Hərbi Dəniz Qüvvələrinin bazasında praktiki məşğələ keçirilib

Hərbi Dəniz Qüvvələrinin bazasında praktiki məşğələ keçirilib
# 06 may 2017 10:25 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları üçün Puta qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə və Hərbi Dəniz Qüvvələrinin bazasında praktiki məşğələ keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, praktiki məşğələ zamanı dinləyicilər üçün geniş konfrans zalında brifinq təqdim olunub. Hərbi hissələrin yaranma tarixi, strukturu, vəzifə və tapşırıqları, o cümlədən, sülhməramlı qüvvələr haqqında ətraflı məlumat verilib, dinləyiciləri maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.

Silah və hərbi texnika nümunələri ilə tanış olan qonaqlar əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana-hamam kompleksi, xidməti otaqlar və digər hərbi obyektlərdə yaradılmış şəraitə da baxıblar. Sonra dinləyicilər Hərbi Dəniz Qüvvələrinin qərargahı, ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş komanda məntəqəsi, gəmilərin yan alması üçün körpü, eləcə də digər inzibati və xidməti binalarda olublar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR