Çaylı-Təzəkənd avtomobil yolu yenidən qurulur

Çaylı-Təzəkənd avtomobil yolu yenidən qurulur
# 15 may 2017 14:34 (UTC +04:00)

Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə veriloən məlumata görə, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 6 km olan yolun torpaq yatağının eni 10 m, hərəkət hissəsinin eni isə 6 m təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 m-dir.

Təmir-tikinti işləri çərçivəsində yol boyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və birqat olmaqla asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Yenidənqurma işləri tam yekunlaşdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətləmə işləri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR