"Gilan" "Caspian Agro 2017" və "WorldFood Azerbaijan" sərgilərində iştirak edəcək

"Gilan" "Caspian Agro 2017" və "WorldFood Azerbaijan" sərgilərində iştirak edəcək
# 15 may 2017 13:12 (UTC +04:00)

17-19 may tarixində "Gilan Agriculture" "Caspian Agro 2017" sərgisində, "Gilan FMCG" isə "WorldFood Azerbaijan" sərgisində iştirak edəcək.

"APA-Economics" xəbər verir ki, hər iki sərgi Baku Ekspo Mərkəzində keçiriləcək.

"Gilan Agriculture" kompleksdəki stenddə kənd təsərrüfatına aid məhsullarını təqdim edəcək. Bayırdakı tentində isə sərgi iştirakçılarına heyvandarlıq məhsulları nümayiş olunacaq.

"Gilan FMCG" içəridəki stenddə qida məhsullarını nümayiş etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR