Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına diplomatik pasport veriləcək

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına diplomatik pasport veriləcək
# 16 may 2017 11:19 (UTC +04:00)

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə təklif olunan əlavələr müzakirə edilib. Əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR