"Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşdan keçib

 "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşdan keçib
# 16 may 2017 12:10 (UTC +04:00)

Milli Məclisin iclasında "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Arif Rəhizmadə təqdim edib.

Layihə 3 fəsil, 17 maddədən ibarətdir. "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır.

Layihə səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR