Dövlət qulluqçularının etik davranışlarına nəzarət edən qurum dəyişdirilir

Dövlət qulluqçularının etik davranışlarına nəzarət edən qurum dəyişdirilir
# 16 may 2017 15:08 (UTC +04:00)

Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edən qurum dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 20-ci (Etik davranış qaydalarına əməl olunmasına nəzarət) maddəsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirəcək. Bəndin hazırda qüvvədə olan variantına görə isə, “Nəzarət orqanı” bu qanunla müəyyənləşdirilmiş qaydada yuxarıda göstərilən nəzarəti həyata keçirir.

Layihəyə əsasən bundan başqa qanunun 22-ci maddəsi – Nəzarət orqanın fəaliyyəti ilə bağlı maddə ləğv edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR