İtaliya Kubokunun qalibi məlum olub

İtaliya Kubokunun qalibi məlum olub
# 18 may 2017 03:13 (UTC +04:00)

İtaliya kubokunda qalibin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, final görüşündə “Yuventus”la “Latsio” üz-üzə gəlib.

A seriyasında çempionluğun bir addımlığında olan “qoca sinyora” kubokdakı şansı da əldən verməyib. Dani Alves və Leonardo Bonuççinin qolları ilə 2:0 hesablı qələbə qazanana Massimiliano Alleqrinin yetirmələri romalıları finaldan əliboş yola salıb.

Qeyd edək ki, bu, “Yuventus”un ardıcıl 3-cü, ümumilikdə isə 12-ci kubokudur. 9 dəfə finala yüksələn “Latsio”nun kubok sayı isə 6-da qaldı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR