Kipr televiziyasında “Bakı-2017”yə həsr olunmuş veriliş hazırlanıb

Kipr televiziyasında “Bakı-2017”yə həsr olunmuş veriliş hazırlanıb
# 18 may 2017 12:47 (UTC +04:00)

Şimali Kipr Türk Respublikasının “Gənc TV” kanalında “Bakı-2017” - IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə həsr edilmiş proqram nümayiş olunub.

APA-nın xəbərinə görə, “Həftəyə baxış” adlı canlı yayımlanan analitik verilişdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O, 54 ölkədən üç minə yaxın idmançının Azərbaycana gəlməsinin təsadüf olmadığına diqqət çəkib, bu kimi tədbirlərin davamlı olacağını bildirib.

Proqramda Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsinə də toxunulub. O. Həsənoğlu bildirib ki, Rusiyada yaşayan milyonlarla azərbaycanlını birləşdirən bir təşkilatın bağlanması, diplomatik və etik qaydalara da uyğun deyil: “Rusiya ilə strateji müttəfiqik. Eyni zamanda, həmin ölkədə yaşayan soydaşlarımız, Rusiya vətəndaşlarıdır. Rusiyanın öz vətəndaşlarının təmsil olunduğu bir konqresi bağlaması həmin ölkənin vətəndaşlarına olan münasibətini göstərir”.

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR