Nazir müavini: “Son illər müəllimlik ixtisasına maraq artıb”

Nazir müavini: “Son illər müəllimlik ixtisasına maraq artıb”
# 19 may 2017 09:08 (UTC +04:00)

“Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illər ölkədə müəllimlik ixtisasına maraq artıb. Onun sözlərinə görə, 2015 və 2016-cı illərdə 1000-dən çox məzun 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib: "Ölkədə test imtahanı tətbiq olunandan həmin dövrə qədər belə yüksək göstərici və seçim qeydə alınmayıb. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının 100-dən artıq məzunu bu gün ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir. Ötən il ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqədə rekord sayda göstərici qeydə alınıb. Belə ki, 2016-cı ildə müəllimlərin işə qəbulunda 34 min namizəd yer tutmaq üçün müraciət edib. Təhsil Nazirliyi olaraq müəllimlərin fəaliyyəti üçün bütün şərait yaradılacaq ki, gənclər də onların potensialından faydalansın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR