Türkiyənin Atatürkü Anma, Gənclik və İdman Bayramı Bakıda qeyd edilib

Türkiyənin Atatürkü Anma, Gənclik və İdman Bayramı Bakıda qeyd edilib
# 19 may 2017 11:18 (UTC +04:00)

Türkiyənin 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə əlaqədar Bakı Türk Anadolu liseyində tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin əməkdaşları, liseyin şagird və müəllim heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən səfir Erkan Özoral bildirib ki, 19 may 1919-cu ildə Atatürkün qurtuluş savaşını başlatmaq üçün Samsuna getməsi ilə əlaqədar hər il bu tarix Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı kimi qeyd edilir. E. Özoral Türkiyənin o dövr tarixindən danışaraq gələcək nəsillərə daha yaxşı ölkə təqdim etmək üçün çalışdıqlarını deyib.

Daha sonra lisey şagirdlərinin ifasında tədbirin bədii hissəsi başlayıb, iki ölkə musiqiləri səsləndirilib, rəqslər ifa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR