FHN Masallıda beş ailənin yaşadığı binada yanğın barədə məlumat yayıb - YENİLƏNİB

FHN Masallıda beş ailənin yaşadığı binada yanğın barədə məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2017 17:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallıda baş verən yanğın hadisəsi haqqında məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Masallı şəhərində beş vətəndaşa məxsus, ümumi sahəsi 770 m2 olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları, əşyaları 325 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 18.15

Masallıda beş ailənin yaşadığı bina yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata, hadisə Vidadi küçəsində yerləşən binada baş verib.

Hadisə yerinə Masallı və Lənkəran yanğından mühafizə hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Yanğının yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

Birmərtəbəli binanın içindəki əşyalarla birlikdə yandığı bildirilir.

Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR