Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqəsinə od vurub.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində - Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarıcalı kəndlərində müşahidə olunur.
Cəbhəyanı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.
Alov qoşunların təmas xəttinə yaxınlaşıb.