Xaçmazda dənizdə batan 9 yaşlı uşağın cəsədi tapılıb

Xaçmazda dənizdə batan 9 yaşlı uşağın cəsədi tapılıb
# 13 avqust 2017 15:14 (UTC +04:00)

Avqustun 12-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 16:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR