Avqustun 18-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, bu dəfə millət vəkili Uştal, Soltankənd və Qələyə kəndlərində seçicilərini qəbul edib, onları maraqlandıran məsələlər barədə müzakirələr aparıb. Sakinlər millət vəkilinə müxtəlif mövzularda müraciətlər ediblər. Əsasən sosial yönümlü məsələlər diqqət mərkəzində olub. Bununla yanaşı Qələyə kəndinə suyun və təbii qazın verilməsi məsələsi də müraciətlər sırasında olub. Deputat bu problemlərin həlli üçün əlaqədar qurumlara müraciətin ediləcəyini bildirib. Bir neçə məsələ yerindəcə öz müsbət həllini tapıb.