Prokuror gecə klubunda qətl törədən şəxsə cəza istəyib

Prokuror gecə klubunda qətl törədən şəxsə cəza istəyib
# 13 sentyabr 2017 09:19 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, V. İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Nizami rayonunda, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Su-tikinti xəstəxanasına aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR