Qazax sakini qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib

Qazax sakini qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib
# 13 sentyabr 2017 20:37 (UTC +04:00)

Qazax sakini ehtiyatsızlıq nəticəsində qəlpə yarası alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kəmərli kənd sakini 23 yaşlı Ramil Akif oğlu Babayev bədənin müxtəlif nahiyələrinin qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 2-ci qrup əlil olan R. Babayev tapdığı gülləni əlinə götürən zaman partlayış olub və o qəlpə yaraları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR