Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb.
APA-nın məlumatına görə, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb.
Hadisə hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı baş verib. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib.
Onların həyatı üçün təhlükə yoxdur.