Gəncədə qatarın vurduğu qadın ölüb - YENİLƏNİB-2

Gəncədə qatarın vurduğu qadın ölüb - <span style="color: red;">YENİLƏNİB-2
# 11 noyabr 2017 18:37 (UTC +04:00)

Gəncədə qatarın vurduğu qadın ölüb. APA-nın qərb bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, koma vəziyyətinə düşən 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızını xilas etmək mümkün olmayıb.

**** 15.21

Gəncə şəhərində qatar piyadanı vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində baş verib. Qatar dəmir yolu xəttini keçmək istəyən 1966-cı il təvəllüdlü şəhər sakini Əkbərova Mirvari Oruc qızını vurub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadının koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR