Şirvanda oğurlanan avtomobil Lənkəranda tapılıb

Şirvanda oğurlanan avtomobil Lənkəranda tapılıb
# 15 noyabr 2017 07:10 (UTC +04:00)

Şirvan şəhərində oğurlanan avtomobil Lənkəran rayonunda aşkar edilib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 31-də baş verib.

Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Xəyyam Afət oğlu Əliyevə məxsus “VAZ-2106” markalı, 35 BH 048 dövlət nömrə nişanlı avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Bir qədər sonra avtomobil Lənkəran rayonu ərazisində tapılıb.

Avtomobili kimin və ya kimlərin oğurladığı hələlik məlum deyil. Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR