Tbilisi Şəhər Məhkəməsi qanunsuz narkotik vasitələr satmaqda ittiham olunan azərbaycanlının 13 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar qəbul edib.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, 27 yaşlı Nizadil Q.-nin bu ilin mart ayında Tbilisi və Poniçala (Soğanlıq) qəsəbəsində dəfələrlə heroin satdığı sübuta yetirilib.
Qeyd edək ki, Nizadil Q. apreldə saxlanılıb. Onun evində axtarış zamanı 23 bağlama heroin aşkarlanıb. Nizadil Q.-nin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.