Azərbaycan Yelkənli İdman Federasiyasının iki klubu "Bodrum Kış Trofesi" yarışlarında iştirak edib

 Azərbaycan Yelkənli İdman Federasiyasının iki klubu "Bodrum Kış Trofesi" yarışlarında iştirak edib
# 08 yanvar 2018 13:38 (UTC +04:00)

31 Dekabr – 7 yanvar tarixlərində Bodrum şəhərində yelkən düşərgəsinə qatılan Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA) “Optimist” sinfi üzrə komandanın 8 üzvü, “Laser” sinfi üzrə komandanın 3 üzvü, 2 nəfər məşqçi, 2 nəfər məşqçi yardımçısı və bir nəfər heyət rəhbəri Türkiyə Yelkən Federasiyasının təşkil etdiyi "Bodrum Kış Trofesi" yarışlarında iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından “APA-Economics”ə verilən məlumata görə, 4 gün müddətində orta hesabla 5 saat dənizdə qalaraq gərgin mübarizə aparan idmançılarımız yarışlarda Azərbaycanı təmsil edib.

Yarışlarda 17 ayrı yelkən klublarından və 3 ölkədən qatılan idmançılar iştirak ediblər.

Bodrum yelkən düşərgəsində iştirak edən yelkənçilər:

“Optimist” sinfi üzrə:

1. Allahverdi Murad
2. İsmayılov Murad
3. İsmayılov Ömər
4. Kərimov İsmayil
5. Hacızadə Murad
6. Kərimova Kristina
7. Babayeva Ayla
8. Ağazadə Fidan

“Laser” sinfi üzrə:

9. Məmmədzadə Fərid
10. Ammar Hatim
11. Orucov Rafiq

Algon Giorgianni Burcu - heyətin rəhbəri
Subaşı Tuğçe – “Laser” sinfi üzrə məşqçi
Yıldız Seyhun – “Optimist” sinfi üzrə məşqçi
Knyazev Aleksandr - köməkçi məşqçi
Vilyayev Anton - köməkçi məşqçi

İdman

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR