“Təmiz Şəhər” ASC-də 20 Yanvar şəhidləri anılıb

“Təmiz Şəhər” ASC-də 20 Yanvar şəhidləri anılıb
# 20 yanvar 2018 09:38 (UTC +04:00)

“Təmiz Şəhər” ASC-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

ASC-dən APA-ya verilən xəbərə görə, əvvəlcə qurumun rəhbərliyi və əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra “Təmiz Şəhər”in İdarə Heyəti sədrinin müavini Səbuhi Mehdizadə çıxış edərək 20 Yanvar faciəsi barədə danışıb, bugünkü müstəqilliyimizdə həmin tarixin mühüm yeri olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan xalqı bu qürurlu tarixi və 28 ildir ki, hörmətlə andığı şəhidləri heç vaxt unutmayacaq, onların xatirəsini daim uca tutacaq.


Tədbiri çərçivəsində 20 Yanvar faciəsi ilə əlaqədar film nümayiş olunub, “Təmiz Şəhər”in əməkdaşları yaddaşlarımızda əbədi həkk olunmuş 20 Yanvar hadisəsi barədə fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR