Martın sonunda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq

Martın sonunda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq
# 13 mart 2018 13:06 (UTC +04:00)

"2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir".

APA-Enın Tehran bürosunun verdiyi xəbərə görə, bunu bu gün Tehranda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"İran Prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və İran müştərək avtomobil zavodu Neftçala sənaye məhəlləsində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR