AFFA qalmaqallı oyunla bağlı qərarını açıqlayıb

AFFA qalmaqallı oyunla bağlı qərarını açıqlayıb
# 14 mart 2018 11:01 (UTC +04:00)

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında bütün liqaların ötən turunda qeydə alınan neqativ hallar hüquqi qiymətini tapıb. Apasport.az saytının məlumatına görə, Region Liqanın qalmaqallı “Gənclik” – “Füzuli” matçı ilə bağlı sərt qərarlar verilib.

Belə ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdı. Görüş tam başa çatmadığından, “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin dəqiqədə aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alan “Gənclik”in futbolçusu Amid Zeynalov 10 oyunluq cəzalandırılıb.

Eyni zamanda hakimi təhqir etdiklərinə görə meydandan qovulan ev sahiblərinin oyunçuları Elman İsgəndərov və Fərid Ağabəyli 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

“Gənclik”ə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, klub daha ağır cəza alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR