Gəncədə bank hesabından pul oğurlayan şəxs tutulub

Gəncədə bank hesabından pul oğurlayan şəxs tutulub
# 17 mart 2018 09:37 (UTC +04:00)

Gəncədə hesabdan pul oğurlayan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncənin Nizami Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S.Hüseynalıyeva bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Əfqan Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR