Azərbaycan-Makedoniya oyununun hakimləri açıqlanıb

Azərbaycan-Makedoniya oyununun hakimləri açıqlanıb
# 24 mart 2018 12:24 (UTC +04:00)

Azərbaycan millisinin Makedoniya ilə oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, martın 27-də Antalyada “Mardan” stadionunda keçiriləcək yoxlama matçını yerli hakimlər briqadası idarə edəcək.

Belə ki, görüşdə əsas referi türkiyəli Halis Özkahya olacaq. Ona həmyerliləri Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR