“Neftçi”nin oyununun vaxtı dəyişdirilib

“Neftçi”nin oyununun vaxtı dəyişdirilib
# 27 mart 2018 13:44 (UTC +04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turunun təqvimində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, martın 28-də təşkil ediləcək oyunlar nəzərdə tutulduğu vaxtda və arenada keçirilməyəcək.

Belə ki, “Express” – U-18 matçı saat 14:00-da start götürəcək. Ardınca “Sərhədçi” – “Neftçi” görüşü olacaq. Tura isə “Lokomotiv” - MOİK qarşılaşması ilə start veriləcək.

“Sərhədçi” bu tur öz meydanda oynamayacağından bütün matçlar Voleybol Mərkəzində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR