Həndbol üzrə Azərbaycan millisinin “Çelenc Trofi” rəqibləri müəyyənləşib

Həndbol üzrə Azərbaycan millisinin “Çelenc Trofi” rəqibləri müəyyənləşib
# 16 aprel 2018 14:06 (UTC +04:00)

Qadın həndbolçular arasında “Çelenc Trofi”nin qrupları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 16 illik fasilədən sonra qitənin ən aşağı nüfuzlu yarışına qatılan Azərbaycan millisinin də rəqibləri bilinib.

Belə ki, yığmamız Bosniya və Herseqovinanın Tuzla şəhərində təşkil olunacaq “Çelenc Trofi”də ev sahibləri, Lüksemburq və Böyük Britaniya ilə B qrupunda mübarizə aparacaqlar. A qrupunda isə Estoniya, Moldova, Belçika və Kipr yer alıb.

Artıq yarışın təqvimi də açıqlanıb. Həndbolçularımız ilk qarşılaşmasını Bosniya və Herseqovinaya qarşı keçirəcək. Bu görüş mayın 29-na təsadüf edəcək. Bir gün sonra Lüksemburqu sınağa çəkəcək təmsilçimiz mayın 31-də Böyük Britaniya ilə üz-üzə gələcək.

Qruplarda ilk iki yeri tutacaq komandalara yarımfinala vəsiqə qazanacaq. Digər 2 yerin sahibi 5-8-ci yerlər uğrunda oynayacaq. “Çelenc Trofi”nin qalibin adına isə iyunun 3-də aydınlıq gələcək.

Qeyd edək ki, millimiz analoji yarışda yalnız 1 dəfə - 2002-ci ildə mübarizə aparıb. Bakıda keçirilən oyunlarda komandamız qızıl medala sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR