“Yuventus” “Atletiko”nun futbolçusunu transfer etmək istəyir

“Yuventus” “Atletiko”nun futbolçusunu transfer etmək istəyir
# 16 aprel 2018 14:16 (UTC +04:00)

Madrid “Atletiko”sunun müdafiəçisi Filipe Luis karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, “Yuventus” braziliyalı futbolçunun transferində maraqlıdı.

Luisin meneceri Jorje Mendeşin ötən həftə “Real” ilə cavab görüşü ərəfəsində Madriddə “Yuventus” rəsmiləri ilə görüşdüyü bildirilir.

Cari mövsümdə La Liqada 17 oyunda meydana çıxan Filipe Luis 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR