Maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim olunub

Maddi dəstək alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim olunub
# 19 aprel 2018 09:47 (UTC +04:00)

Azərbaycanda maddi dəstək alacaq din xadimlərinin siyahısı ilə bağlı məsələ dəqiqləşdirilir”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, müvafiq siyahı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib və hazırda fond bu məsələni dəqiqləşdirir: "Fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurasında da bu məsələ müzakirə edilib. Bu dəstək maaş formasında deyil, maddi dəstək formasında din xadimlərinə veriləcək”.

M. Qurbanlı bildirib ki, vəsait yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq: “Dəstək vəzifəyə görə dəyişəcək. Daha yüksək əmək haqqı imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də Fonddan maddi dəstək veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR