Bakı-2019: Yığmalarımızın 14 rəqibi dəqiqləşib

Bakı-2019: Yığmalarımızın 14 rəqibi dəqiqləşib
# 24 aprel 2018 10:01 (UTC +04:00)

2019-cu ildə Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalı çərçivəsində baş tutacaq voleybol yarışlarına qatılacaq yığmalar dəqiqləşib. Apasport.az saytının məlumatına görə, lisenziyalar Avropa birinciliyinin yekununa əsasən dəqiqləşib.

Belə ki, 17 yaşadək qızlar arasında keçirilən yarışın çempionu Rusiya, finalçısı İtaliya və bürünc medalçısı Türkiyə Bakıda iştirak hüququna yiyələnib. Onlarla yanaşı, növbəti 4 yerdə qərarlaşan Bolqarıstan, Rumıniya, Belarus və Almaniya da Azərbaycanda keçiriləcək festivala lisenziyaya sahib olublar.

18 yaşadək oğlanlar arasında Avropa çempionatı isə Zilin və Puxov şəhərlərində keçirilib. Çexiya və Slovakiyanın birgə ev sahibliyi etdiyi turnirdə Almaniya voleybolçuları birinci yeri tutublar. Onlar həlledici görüşdə Çexiyaya qalib gəliblər. İlk “üçlüy”ü İtaliya qapayıb. Bu yığmalarla yanaşı, “yeddilik”də qərarlaşan Rusiya, Belarus, Bolqarıstan və Belçika da Bakı-2019-da iştirak hüququna yiyələnib.

Həm qızlar, həm də oğlanların yarışında 8-ci komanda təşkilatçı kimi Azərbaycan olmalıdı. Əgər yığmamızdan hansısa bu yarışa qatılmaqdan imtina edərsə, onların əvəzləyiciləri də bəllidi. Bu qızların yarışında Sloveniya, oğlanların mübarizəsində Fransadı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR