Eldar İbrahimov: "Becərilməyən kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşlardan alınması qanunvericilkdə əksini tapıb"

Eldar İbrahimov: "Becərilməyən kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşlardan alınması qanunvericilkdə əksini tapıb"
# 10 may 2018 09:49 (UTC +04:00)

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov becərilməyən kənd təsərrüfatı torpaqlarının sahiblərindən alınacağı barədə yayılan xəbərə münasibət bildirib.

E. İbrahimov APA-ya açıqlamasında deyib ki, becərilməyən kənd təsərrüfatı təyinatlı torpaq vətəndaşlardan alınır və bu, Torpaq Məcəlləsində, torpaqla bağlı qanunvericilkdə əksini tapıb.

Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, dövlət başçısı bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə də tapşırıq verib: “Harada istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaq varsa, Əmlak Məsələləri Dövlət Komitəsi bunun səbəbini araşdırmalıdır. Torpaq həmin şəxsdən alınıb başqasına verilməlidir ki, təyinatına uyğun istifadə edilsin. Kənd təsərrüfatı təyinatlı torpaq əkilərək məhsul istehsal olunması və xalqımızın ərzaq təhlükəsizliyinin təmin olunması üçündür”.

E. İbrahimov deyib ki, ilk öncə kənd təsərrüfatı təyinatlı torpaqların 3 il ərzində becərilmədikdə sahibi olan şəxsdən alınması nəzərdə tutulmuşdu: “Ancaq Nazirlər Kabinetinin qərarı ilə bu müddət 2 il olub. Əgər kənd təsərrüfatı təyinatlı torpaq 2 il ərzində böecrilmirsə, Əmlak Məsələləri Dövlət Komitəsi bunun səbəbini araşdıracaq, həmin şəxsin torpağı becərmək imkanı yoxdursa, o torpaq alınaraq başqasına veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR