Hikmət Hacıyev: "Sarkisyan rejiminin ünsürü olan Balayan yeni siyasi hakimiyyətdə vəzifə üçün ekstra fəallıq göstərməyə çalışır"

Hikmət Hacıyev: "Sarkisyan rejiminin ünsürü olan Balayan yeni siyasi hakimiyyətdə vəzifə üçün ekstra fəallıq göstərməyə çalışır"
# 11 may 2018 12:18 (UTC +04:00)

"Əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxs Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışır. Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Yeni Ermənistan hakimiyyəti əvvəlki rejimin siyasətini davan etdirəcəksə, yəqin ki, onları da eyni aqibət gözləyir".

Bunu APA-ya açıqlamasında Ermənistan XİN-nin mətbuat katibinin açıqlaması ilə əlaqədar Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçilik modeli əsasında Azərbaycan regionun aparıcı dövlətidir", - deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ siyasətinin fiasko ilə nəticələnəcəyini bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR