Təhsil Nazirliyi olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta balı açıqlayıb

Təhsil Nazirliyi olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta balı açıqlayıb
# 15 may 2018 14:39 (UTC +04:00)

"Olimpiada qalibləri daha çox tibb ixtisasını seçirlər".

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev deyib.

O bildirib ki, olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta bal 657-dir.

E. Əmrullayev qeyd edib ki, bu il respublika fənn olimpiadalarının nəticələrinə görə, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276 nəfər, ümumilikdə Naxçıvan daxil olmaqla 298 nəfər qalib elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR