Qəzza zolağı sərhədində toqquşmalarda daha 2 fələstinli ölüb

Qəzza zolağı sərhədində toqquşmalarda daha 2 fələstinli ölüb
# 15 may 2018 23:44 (UTC +04:00)

Qəzza zolağı sərhədində mayın 15-də İsrail hərbçiləri ilə toqquşmalarda daha 2 fələstinli ölüb, 400 nəfər isə yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf Əl Kidra bildirib.

“Qəzza zolağının mərkəzi hissəsində daha bir nəfər həlak olub. Beləliklə, gün ərzində ölənlərin sayı iki nəfərə çatıb. Daha 417 nəfər güllə və qazdan xəsarət alıb”- deyə Əşrəf Əl Kidra bildirib.

Qeyd edək ki, mayın 14-də toqquşmaların qurbanı olub, daha 3000-dək fələstinli yaralanıb.

ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiyalar keçirib, İsrail ordusu ilə toqquşmalar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR