FHN “Fairmont Baku” otelində yanğın taktiki təlimi keçirəcək

FHN “Fairmont Baku” otelində yanğın taktiki təlimi keçirəcək
# 16 may 2018 10:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi “Fairmont Baku” otelində yanğın taktiki təlimi keçirəcək.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2018-ci il may ayının 16-da saat 15:00-da Bakı şəhər Mehdi Hüseyn 1A ünvanında yerləşən “Fairmont Baku” otelində yanğın taktiki təlimi keçirəcək.

Təlimin keçirilməsində əsas məqsəd otellərin yanğından mühafizəsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR