İnam Kərimov Yevlaxda vətəndaşlarla görüşəcək

İnam Kərimov Yevlaxda vətəndaşlarla görüşəcək
# 16 may 2018 16:41 (UTC +04:00)

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 18-də, saat 11:00-da Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR