Avropa Liqasının növbəti finalının simvolik bileti AFFA prezidentinə təqdim olunub

Avropa Liqasının növbəti finalının simvolik bileti AFFA prezidentinə təqdim olunub
# 16 may 2018 23:16 (UTC +04:00)

Fransanın Lion şəhərində, “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə UEFA-nın prezidenti Aleksander Çeferin AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik bileti AFFA prezidentinə təqdim edilib.

Təqdimatda UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR