İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirib
# 17 may 2018 01:38 (UTC +04:00)

İsrail Hərbi-Hava Qüvvələri HƏMAS hərəkatının Qəzza zolağının şimalında yerləşən mövqelərinə zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə İsrail müdafiə ordusunun “Tvitter”ində məlumat yayılıb.

Məlumata görə, bundan əvvəl İsrailin Sderot şəhəri Qəzza istiqamətindən atəşə tutulub.

“Bir neçə dəqiqə əvvəl qırıcı təyyarələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın mövqelərinə zərbələr endirib. Əməliyyatı zamanı 4 hədəf məhv edilib - onlardan dördü terrorçuların hərbi kompleksi, üçü isə silah istehsalına aiddir”, məlumatda deyilir.

Rəsmi Tel-Əviv bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti HƏMAS hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüds ilə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR