ABŞ İsrailə bomba tədarükün dayandıracağını elan etdikdən sonra yardım göndərməyə davam edir

ABŞ İsrailə bomba tədarükün dayandıracağını elan etdikdən sonra yardım göndərməyə davam edir
# 11 may 2024 03:05 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin administrasiyası aviabombalarının tədarükünü dayandırdığını elan etdikdən sonra İsrailə hərbi yardım göndərməyə davam edir.

APA xəbər verir ki, bu barədə “NBC” televiziyası Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, son günlər İsrailə həm hücum, həm də müdafiə silahları, o cümlədən atıcı silahlar göndərilib.

Bildirilib ki, Baydenin ABŞ-nin Rəfah şəhərində böyük hərbi əməliyyat keçirəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracağı ilə bağlı açıqlamaları “iki yaxın müttəfiq arasında fikir ayrılığına” səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR