I rübdə BP SOCAR-a 5,8 mln. kubmetr səmt qazı verib

I rübdə BP SOCAR-a 5,8 mln. kubmetr səmt qazı verib
# 17 may 2018 10:15 (UTC +04:00)

Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,8 mln. kubmetr səmt qaz verilib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə isə bu yataqlardan 525 mln. kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Shevron” (9,57%), “İnpex” (9,31%), “Statoil” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR