Putin "Cənub Qaz Dəhlizi"nin işə salınmasını şərh edib

Putin "Cənub Qaz Dəhlizi"nin işə salınmasını şərh edib
# 30 may 2018 23:11 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin "Cənub Qaz Dəhlizi"nin işə salınmasını şərh edib.

APA-nın məlumatına görə, bu barədə “Rusiya 24” telekanalı xəbər verib.

"Cənub Qaz Dəhlizi"nə gəldikdə, biz bu sahədə istənilən iqtisadi fəallığı alqışlayırıq”, deyə V.Putin bildirib.

O əlavə edib ki, Rusiya enerji daşıyıcılarının Avropa bazarına tədarükünün diversifikasiyasını alqışlayır. “Biz bazar şəraitinin yaranmasında maraqlıyıq", deyə Rusiya dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR